AsyaDünyaXƏBƏRLƏR

Misirdə 1200 nəfərə edam və ömürlük həbs hökmü narahatedicidir

Tehranın bu həftəki cümə namazının xitabətçisi Misirdə 1200-dən çox şəxsə edam və ömürlük həbs qərarının verilməsini narahatedici və təəssüfləndirici adlandırıb.

Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Əhməd Cənnəti Misir vətəndaşları və Müsəlman Qardaşları hərəkatının yüzvlərlə üzvünə edam və ömürlük həbslə əlaqədar ağır qərarların çıxarılmasına toxunaraq deyib: Təəssüfləndirici haldır ki, bu islam ölkəsi əl-Əzhər kimi minillik keçmişi olan universitetə malik olmasına baxmayaraq bu vəziyyətə düşmüşdür.

Tehranın cümə namazı xətibi deyib: Misirin hazırkı böhranlı vəziyyəti və bu ölkədəki qarşıdurmalarda çoxlu sayda insanın həlak olması ABŞ-ın məqsədləri çərçivəsində və bu ölkənin dəstəyi ilə həyata keçirilir.

Ukrayna proseslərinə də münasibət bildirən Ayətullah Əhməd Cənnəti deyib: Bu ölkədəki de-stabillik yalnız bu ölkə xalqının zərəri ilə nəticələndi. Bu de-stabilliyin amilləri bütün Ukraynaya nəzarəti ələ keçirə bilmədilər. Üsəlik bu ölkəni parçalanmaqla üzləşdirdilər.

Tehranın cümə namazı xitabətçisi İraqda keçirilən parlament seçkiləri barəsində ümidvarlıq edib ki, bu ölkənin gələcək baş naziri təkfirçi və terrorçuların insanlığa qarşı hərəkətləri və məkrli planlarına son qoya biləcəkdir.

Ayətullah Əhməd Cənnəti cümə namazının xütbəsinin davamında mədəniyyəti ictimaiyyət üçün həmişəlik məsələ adlandırıb və İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin mədəniyyət məhsullarına tam nəzarətinin vacibliyini vurğulayaraq deyib: Bu nazirliyin bütün qurumları islam baxışı ilə qərar çıxarmalı və islam baxışı ilə məsələlərlə davranmalıdırlar.

Tehranın cümə namazı xətibi həmçinin Müəllim və Fəhlə günlərini yad edərək məktəblilərin islami həyat tərzi və Vilayət Fəqihin dəyər və yeri ilə tanış edilməsini müəllimlərin önəmli prioriteti adlandırıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu