DünyaXƏBƏRLƏR

Hicab məhbuslarının məhkəmsi

Mayın 17-də Nərimanov Rayon Məhkəməsində hicab məhbuslarının növbəti qrupunun (Xudaverdi Abdullayev, Bəxtiyar Ağayev, Məhəmməd Qəmbərov, Elsevər İsayev, Yusif Mirzəyev, Nofəl Məmmədov, Türkel Rəsulov, Seymur Bağırlı, Rauf Salehov və Elnur Həsənov) işi üzrə məhkəmə prosesi keçirilib.

Vəkil Rüstəm Zülfüqarov “Media forum” saytına bildirib ki, prosesdə təqsirləndirilən şəxslər son sözlərini deyiblər: “Dövlət ittihamçısı özünü tam təqsirsiz hesab edənlərə 2 il 6 ay, qismən təqsirli olduğunu deyənlərə 2 il cəza verilməsini təklif edir”.
Vəkilin dediyinə görə, mayın 20-də hökm elan ediləcək.

Ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyası keçirilib. Polis aksiyaçılardan 40 nəfəri həbs edib.

Məhbusla hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə kimi maddələri ilə ittiham olunurlar .

Aprelin 22-də hicab məhbuslarından 8 nəfərinə hökm oxunub: Rövşən Allahverdiyev, İlham Hətəmov, Anar Qasımlı, Tərlan Ağadadaşov 5 il 6 ay, David Kərimov, Telman Şirəliyev 6 il, Miradaş Quluyev, Ceyhun Quliyev 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər qrupda Elçin Quliyev, Sahil Rzayev, Rauf Qarayev, Ülfət Qasımlı, Elşən Haşımov, Səxavət Quliyev, Bayraməli Vəlişov, Ruhid Abbasov, Elçin Məmmədov, Dadaş Vəliyev, Aydın Məmmədov, başqa bir qrupda Elşad Rzayev, Vahid Lələkişiyev, Ramil Mehdiyev, Elçin Məmmədov, Ramil Vəliyev və Arif Fətəliyev mühakimə edilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu