40-dək Sabirabad rayon sakini bu gün səhər saatlarında Azərbaycan Respublikası Prezident Adiminstrasiyası önündə aksiya keçirib.
Aksiyaya polis həmləsi olub. Polis etirazçı yaşlılara, qadınalra qarşı da kobudluq eləməkdən özünü saxlamayıb, onları təhqiramiz ifadələrlə alçaldıb.
Sabirabadlıların sözlərinə görə, onlar rayonun Şəhriyar kəndindəndilər.
PA-nın qarşısına gəlmələrinə səbəb isə 2 həmkəndililərinin həbsidir. Kəndililər deyir ki, həbs qərəzlidir və bu işdə əsl günahkar Qaradağ rayon Polis İdarəsinin müstəntiqidir.
PA-da şikayətləri dinlədikdən sonra sabirabadlıları DİN-nə yola salıblar. Onlar deyiblər ki, şikayətlərinə obyektiv baxılmasa daha sərt aksiyalara əl atacaqlar.
Aksiyandan video çəkən RATİ nümayəndəsi, jurnalist Fəridə Əliyeva polis zorakılığına məruz qalıb, onun əlindən aparatı alınıb, özü isə saxlanılaraq nəmalum istiqamətə aparılıb.