Əfqanıstan prezidenti Hamed Kərzay bu ölkənin din alimlərinin Əfqanıstan televiziyasında qeyri-əxlaqi verilişlərin yayımını məhdudlaşdırmaq üzrə istəkləri ilə razılaşıblar.
Əfqanıstanın Nazirlər Şurasının bildirişinə əsasən bu ölkənin prezidenti Hamed Kərzay deyib: “ İnformasiya və Mədəniyyət Nazirliyi pozğun, bayağı, qeyri-islami və ictimaiyyətin əxlaqiyyatı ilə zidd olan verilişlərin yayımlanmasının qarşısını almalıdır”.
Əfqanıstanın informasiya və mədəniyyət naziri Cəlal Nurani Röyters Xəbər Agentliyinə bildiribdir ki, qeyri-əxlaqi verilişlər qızların “yarım çılpaq” formada rəqs etdikləri əfqan musiqi klipləri habelə Hindistan teleseriyallardan ibarətdir.
Nurani deyib: “ Bu haqdakı qaydalara riayət etməyən tele-ötürücülərin yayım icazəsinin ləğv edilməsi mümkündür”.
Əfqanıstan Nazirlər Şurası öz bildirişində həmçinin bu ölkənin Din Alimləri Şurasının cümə günü Hamed Kərzayla görüşdüyünü və hökümətin “ fahişəliyə rəvac verən” bəzi tele-ötürücülərə qarşı hərəkətlər həyata keçirmək istədiyini də qeyd edib.
Nazirlər Şurasının bildirişinə əsasən Din Alimləri Şurası Hamed Kərzaya belə bildirib: “ Bir çox tele-ötürücülər mövcuddur ki, pozğunluğa üz tutublar və qeyri-əxlaqi verilişlər eləcə də milli mənafe və İslam dəyərləri ilə müxalif olan verilişlər yayımlayırlar”.