İraqXƏBƏRLƏR

N.Maliki İraqda vətəndaş müharibəsinin baş verməsi haqda xəbərdarlıq edib

İraqda gərginliklərin şiddətlənməsinin ardınca bu ölkənin baş naziri İraqda vətəndaş müharibəsinin başlanması habelə bu ölkədə aqressiv hərəkətlərin genişlənməsi haqda xəbərdarlıq edib.

Ərəb Skyniyus Telekanalının verdiyi məlumata görə İraqın baş naziri Nuri Əl-Maliki İraq xalqına xitabən olan bir teleçıxışda ölkəsində vətəndaş müharibəsinin başlanması, İraqın əksər şəhərlərində aqressiv hərəkətlərin və toqquşmaların genişlənməsi haqda xəbərdarlıq edib.

Nuri Əl-Maliki deyib: “ Mən İraqın qəbilə başçıları, ziyalıları və media mənsublarından, bir daha İraqa vətəndaş və tayfa müharibəsini qaytarmaq istəyənlər qarşısında sükut etməmələrini istəyirəm”.

İraqın baş naziri öz sözlərinin davamında Əl-Qaidə və İraqın Bəəs Partiyası qalıqlar habelə region ölkələrinin bəzisini İraqı hədəf tutmaqda və bu ölkəyə zərbə vurmaqda ittiham edib.

Əl-Maliki deyib: “ Bizim İraq xalqı arasında düşmənimiz yoxdur, bizim düşmənimiz hədəfləri İraqda fitnə odunu alovlandırmaq olan Əl-Qaidə, terrorçu qruplaşmalar və Bəəs Partiyası qalıqlarıdır”.

İraqın baş naziri həmçinin deyib: “ Bəzi xarici tərəflər də vardırlar ki, İraqı əmin-amansızlıq burulğanına sürükləmək istəyirlər”.

Çərşənbə axşamı günündən İraqda dövlət qüvvələri ilə bu ölkənin köçəri tayfalarına bağlı olan yaraqlılar arasında toqquşmalara başlanılıbdır ki, indiyə qədər hər iki tərəfdən 150-dən yuxarı şəxs həlak olub. Bu məsələ İraqda vətəndaş müharibəsinin başlanması ehtimalını artırıbdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu