CBS NEWS’UN verdiyi xəbərə görə, Amerika rəsmiləri Suriyanın gələcəyinə bağlı reallaşacaq beynəlxalq müzakirələrə İranı da dəvət etdiklərini bildirdi.
Söz mövzusu müzakirələr Cümə axşamı günü Avstriyanın paytaxtı Vyanada Rusiya xarici işlər naziri Sergey Lavrov, Amerika xarici işlər naziri John Kerry və bəzi Avropa və Ərəb ölkələri rəsmilərinin iştirakı ilə reallaşacaq.
İranın Rusiya tərəfindən bu müzakirələrə dəvət edildiyi bildirilir. Amerika rəsmiləri isə İranın hələ bu dəvətə cavab vermədiyini açıqladı.