İranXƏBƏRLƏR

Parsabadda azəri qonaqlara xidmətin göstərilməsi artır

Parsabad Şəhər Şurasının yeni seçilmiş üzvləri Azərbaycan Respublikasından bu məntəqəyə səfər edən qonaqlara xidmətin göstərilməsinin artırılmasını vurğulayıblar.

İranda son şura seçkilərində şuraya üzv seçilmiş Parsabad Şəhər Şurasının üzvləri- Səyyad Məsumi, Səməd Nuri və Mətləb Mohebbi “Səhər” kanalının müxbiri ilə müsahibələrində vurğulayıblar ki, Azərbaycan Respublikasından İranın bu məntəqəsinə səfər edən qonaqlar müalicə, əyləncə və istirahət sahələrində daha artıq xidmətlərdən yararlana biləcəklər.
Parsabad şəhərinin girişi və keçidlərinin gözəlləşdirilməsi, son dərəcə gözəl və əyləncəli mühitdə Araz sahil parkının salınması və təchizatlı xəstəxanaların inşası Parsabad Şəhər Şurasının bu yeni üzvlərinin proqramlarındandır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu