İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad şənbə günü Tehranda İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin ölkə üzrə müdirlərinin keçirilən iclasında İran xalqına qarşı beynəlxalq qüdrətlərin hazırkı sanksiya və təzyiqlərinə toxunaraq deyib: Bu təzyiqlər davamlı olmayacaq və növbəti prezident seçkiləri vəziyyəti İran xalqının xeyrinə dəyişdirəcək.
İran prezidenti İran xalqının İslam Respublikası quruluşuna olan yüksək etimadının düşmənləri məyus etdiyini bəyan edərək söyləyib: İranın nüvə nailiyyətləri də İran xalqının İslam Respublikası quruluşuna etimadının nəticəsidir.
Əhmədinejad İran xalqının müxtəlif iqtisadi sektorlarda iştirakının sadələşdirilməsinin zəruriliyini vurğulayıb və deyib: İnvestisiyalar davamsız və yalançı istiqamət və bazarlardan daxili və milli ehtiyatlara doğru yönəldilməlidir və bu, İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin həyata keçirməli olduğu önəmli işlərdən biridir.