“Müsəlman Qardaşları” Hərəkatının tərəfdarı olan tələbələrlə polis və təhlükəsizlik qüvvələri arasında toqquşma ardınca, Qahirədə əl-Əzhər Universitetinin Ticarət və Kənd Təsərrüfatı İnstitutu yandırılıb.
Misir təhlükəsizlik qüvvələri ilə Müsəlman Qardaşları hərəkatının tərəfdarı olan və Ticarət və Kənd Təsərrüfatı İnstitutunda aksiya keçirən tələbələr arasında toqquşmanın ardınca, bu institut yandırılıb və bir müddətdən sonra yanğının qarşısı alınıb.
Misirin təhlükəsizlik qüvvələri etirazçı tələbələri uzaqlaşdırmaq üçün onlara qarşı gözyaşardıcı qazlardan istifadə ediblər.
Həmçinin əl-Qüds telekanalı da bildirib: Çevrilişə qarşı təhlükəsizlik qüvvələri Qahirənin əl-Əzhər Universitetinin həyətində bir tələbəni qətlə yetiriblər.
Misir hökuməti çərşənbə günü, bu ölkənin şimalında bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 15 nəfərin ölməsindən bir gün sonra “Müsəlman Qardaşları”nı “terrorçu təşkilat” adlandırıb. Bir sələfi qruplaşması bu hücumun məsuliyyətini üzərinə götürüb.
Cümə günü Misirin müxtəlif bölgələrində Müsəlman Qardaşları qrupu və kənarlaşdırılmış prezident Məhəmməd Mursinin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda 3 nəfər həlak olub, 256 Mursi tərəfdarı da həbs olunub.