Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bəlx vilayəti ilə bu ölkənin Sərxəndərya vilayəti rəhbərlərinin birgə iclasında Əfqanıstanda Amu Dərya çayının sahillərinin möhkəmləndirilməsi layihəsinin həyata keçirilməsi üçün 10 milyon dollar ayırıb. Vəsait Əfqanıstanda torpaqların eroziyaya uğramasının və dağılmasının qarşısını almaq məqsədi daşıyır.
Həmçinin iclasda əfqan tacirlərin kənd təsərrüfatı məhsullarının ixracı və malların tranziti sahəsində üzləşdiyi problemlərin aradan qaldırılması barədə razılıq əldə olunub. Bununla yanaşı, Özbəkistan tacirlərindən ibarət nümayəndə heyətinin Əfqanıstanın, xüsusilə alma və nar məhsullarının bu ölkəyə idxalını araşdırmaq üçün səfər etməsi qərara alınıb.


