Yəmən Husiləri çərşənbə günü 9 il öncə Yəmənin sabiq rejiminin ordusu ilə toqquşmalar zamanı yoxa çıxan Husi hərəkatının banisi Hüseyn Bədrəddin Əl-Husinin cənazəsinin dəfn ediblər.
Husilər şəhid Bədrəddin Əl-Husinin şəkilləri və posterlərini çox geniş miqyasda Yəmənin müxtəlif məntəqələri və şəhərlərində xüsusilə paytaxt Sənada yerləşdiriblər ki, bu da bəziləri o cümlədən Qətər və Ərəbistanın qəzəbinə səbəb olub.
Hər bir şəkilin üzərində şəhid Hüseyn Bədrədin Əl-Husi haqda sözlər yazılıb.
Hüseyn Bədrəddin Əl-Husi 2004-cü ildə Husi hərəkatı qüvvələri ilə Yəmənin sabiq rejimi ordusunun qüvvələri arasında baş vermiş toqquşmalar zamanı Səədə vilayətində yoxa çıxdı. Bir müddət sonra dövlət mediaları onun şəhadəti xəbərini bildirdilər.