AzərbaycanXƏBƏRLƏR

Reportyorlar İnstitutu: İnternet azadlığı məhdudlaşır

Azərbaycan iqtidarı internet azadlığını məhdudlaşırdı. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan Respublikasında İnternet Azadlığının məhdudlaşdırılmasını deyir.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) internetdə böhtan (diffamasiya) və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişikliyin qüvvəyə minməsini pisləyərək, iqtidarın bu hərəkətini İnternet Azadlığının məhdudlaşdırılmasına yönələn mürtəce addım kimi qiymətləndirir.

Belə ki, iyunun 3-də Azərbaycan Respublikasının Prezidenti internetdə böhtan (diffamasiya) və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan və parlament tərəfindən qəbul olunan qanun dəyişikliyini imzalayaraq onu təsdiqləyib. Beləliklə, bu dəyişikliklərdən sonra istənilən İnternetdə fəal olan, tənqidi fikir səsləndirən şəxsə qarşı Cinayət Məcəlləsinin 147 və 148–ci maddələri üzrə cinayət işi açmaqla həmin şəxsi 3 ilədək həbs cəzasına məhkum etmək olar.

“ Hökumət Diffamasiya maddələrindən Azərbaycanda tənqidçi jurnalistləri susdurmaq üçün istifadə edirdi, bu dəyişikliyi etməklə indi də internet fəallarının tənqidi səslərini susdurmaq və seçkiqabağı fəallığı azaltmaq istəyirlər. Bu qanunverici dəyişikliyin qüvvəyə minməsi nəticəsində Azərbaycan Qismən Azad İnterneti olan ölkədən Qismən Qeyri-Azad İnterneti olan ölkələr sırasına daxil olub ” deyə RATİ sədri Emin Hüseynov mövqeyini bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu