Strateji əl-Qüsəyr şəhərinin azad olunması sionist medialara və bu rejim başçılarının açıqlamalarına nigaranlıq və qorxu kölgəsi salıb. Sionist internet portalları və qəzetləri bu istiqamətdə təhlil və yazılar dərc edərək Suriya ordusunun əl-Qüsəyrdəki qələbəsinin xarici ölkələrin Suriyaya hücumda səhlənkarlığından qaynaqlandığını bildiriblər.
Sionist təhlükəsizlik dairələrinə yaxın olan Debka saytı İsrail ordusunda yüksək rütbəli bir zabitə istinadla yazıb ki, Dəməşq mərəkəsi təxminən sona çatıb və ordu və Bəşşar Əsəd bu bölgəyə tam nəzarət edirlər.
Debka Dəməşqin vəziyyəti ilə bağlı sionist rejimin müharibə naziri Yalunun məlumatlarını qeyri-dəqiq və zəif adlandırıb və yazıb: İsrail ordusu bu yanlış məlumatlar və fərziyyələrə əsasən qərar çıxarır.
Sionist rejimin 2-ci televiziyası da əl-Qüsəyr şəhərinin Suriya ordusunun əlinə keçməsini suriyalı müxaliflərə ağır zərbə adlandırıb və bildirib ki, bu mehvər yaraqlılar üçün strateji və əsaslı mehvər olaraq istifadə olunurdu.
Sionist Maariv qəzeti də Suriyada Bəşşar Əsəd hökumətinin devrilməsi istiqamətində İsrailin dəstəyinə toxunaraq iddia edib ki, bununla belə İsrail bu istiqamətdə addım atmayıb.
Yadiut Aharnut qəzetinin internet portalı da bununla əlaqədar yazıb: Əl-Qüsəyr şəhəri Suriya müharibəsinin taleyinə təsir edəcək mərkəzi nöqtəyə çevrilib.
Sionist rejimin 1-ci telekanalı da iddia edib ki, əgər Livan Hizbullahı bu şəhərin toqquşmalarında müdaxilə etməsəydi, Suriya bu şəhərin məsələsini həll edə bilməzdi. Bu telekanal əlavə edib: Əl-Qüsəyrdə Suriyanın hərbi və mənəvi qələbəsi bu ölkə ordusu üçün böyük simvol olacaq.
İsrail rejiminin 2-ci televiziyası da bu qələbəni Bəşşar Əsəd üçün önəmli qələbə adlandırıb və Suriya üsyançıları üçün utandırıcı məğlubiyyət hesab edib.
