Azərbaycan Respublikasında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) hazırkı prezident İlham Əliyevin öz tənqidçilərinə qarşı qul psixologiyalı şəxslər” adlandırmasını pisləyib.
Azərbaycan Respublikasında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bəyan edir ki, Hakim Yeni Azərbaycan Partiyasının irəli sürülmüş namizədi və hazırkı Prezident İlham Əliyevin iyulun 2-də Milli Polis Günündə etdiyi çıxışında iqtidara əks mövqedə olan şəxlərin “satqın, xain və qul psixologiyası” ilə yaşadıqlarını bildirməsi bu şəxslərə qarşı repressiyaya “yaşıl işıq” yandırmaqla yanaşı cənab Əliyevin ölkə Konstitusiyasının ilə Azərbaycan xalqı qarşısında götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir.
RATİ həmçinin media nümayəndələrinə qarşı cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək əvəzinə eyni zamanda Azərbaycan xalqının təhlükəsizliyini təmin etmək öhdəliyinə zidd olaraq Prezident Əliyevin günahkarları mükafatlandırmasından ciddi narahatlıq keçirir.
