
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə məsələsi barədəki son hesabatında işlədilmiş ifadələrin şablon və öncədən diktə olunmuş ifadələr adlandırıb.
Əli Laricani bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun İranın nüvə məsələsi barədəki son hesabatına işarə edərək, deyib: “ İran İslam Respublikasının bütün nüvə fəaliyyətlərinin AEBA-in nəzarəti altda olduğu bir halda agentliyin hesabatı nəinki insaflı deyil, həm də bu hesabatdakı bəzi ifadələr şablon və öncədən diktə olunmuş ifadələrdir”.
Laricani bildiribdir ki, AEBA bu cür hərəkətlərlə beynəlxalq bir orqan kimi öz simasına xələl gətirir. O əlavə edib: “ İran İslam Respublikası həmişə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə səmərəli bir dialoqu himayə edibdir və son aylarda da bu təşkilatla adi əməkdaşlıqlar aparılıbdır”.
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri sonda deyib: “ Tehran Nüvə Silahlarının Yayılmasını Qadağan edən NPT Sazişi və İran İslam Respublikasının nüvə hüquqlarının qorunması çərçivəsində nüvə müzakirələrini dəstəkləyir”.