AsyaDünyaİranXƏBƏRLƏR

“İranın Atom Enerjisi Təşkilatının fəaliyyətləri davam etməlidir”

İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri deyib ki, bu təşkilat İran İslam Şurası Məclisinin uran zənginləşdirilməsi barədəki qərarlarını qəbul edir.

Əli Əkbər Salehi bazar günü Mustafa Əhmədi-Roşən və Rza Qəşqavinin şəhadətlərinin üçüncü ildönümü günü ilə bir vaxtda Tehranda keçirilən “İranın nüvə şəhidlərinin anım mərasimində həmçinin hazırkı nüvə müzakirələrini müsbət dəyərləndirib və deyib: Müzakirələr prosesi elə bir mərhələyə çatıbdır ki, tərəflər yanacaq dövriyyəsi və ağır su kimi detallara daxil olublar.
Salehi bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətçilərinin Ərak Ağır Su Təsisatından olmuş qabaqkı baxışından tam razılıq əldə olunub. O, vurğulayıb: İran İslam Respublikası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru- Yukiya Amano ilə razılaşmasının altı halına sadiqdir və qərar üzrə agentliyin nəzarətçiləri təqribən üç həftədən sonra Bəndər-Abbas şəhərindəki Gəçin mədənindən baxış keçirmək üçün İrana gəlməlidirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu