Sionist rejim 1948-ci il işğal edilmiş ərazilərin cənubunda yerləşən Nəqəbdəki Əl-Fəra kəndinin yeganə məscidinin dağıdılması haqda fərman verib.
Nəqəbdə bölgə kəndləri şurasının sədri Ətiyyə İsam bu gün cümə günü deyib: ” Bu məscid 1985-ci ildə inşa edilib və dağıtma haqdakı fərmanın heç bir əsaslandırması yoxdur və yalnız kənd sakinlərini avara etmək məqsədilə həyata keçirilir.
Sionist rejim son zamanlar bir layihə təsdiq edibdir ki, ona əsasən onlarla Fələstin kəndi dağıdılacaq və on minlərlə səhra sakini isə evsiz-eşiksiz olacaqdır.