AzərbaycanXƏBƏRLƏR

Azərbaycan Respublikasında məscidlərin statistikası açıqlanıb

Azərbaycan Respublikasında 1834 məscid mövcuddur. Naxçıvan Muxtar Respublikası və işğal olunmuş rayonlar da rəqəmə daxildir.

Bu barədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) rəsmi saytında məlumat verilib.

Sovetlər dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərib.

Azərbaycan Respublikasında 1990-cı ildən indiyədək ölkədə 814 məscid inşa olunub. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.

Heydər Əliyevin prezidentliyi dövründə 1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunub, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulub.
Dövlət vəsaiti hesabına 1998-ci ildə Bibiheybət məscid-ziyarətgah kompleksinin yenidən qurulmasına başlanılıb, 1999-cu ildə rəsmi açılışı olub.

İlham Əliyevin prezidentliyi dövründə 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilmiş və ya əsaslı bərpa olunub.

Bu dövrdə Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində, Şamaxı Cümə məscidində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Hazırda Gəncə şəhər İmamzadə ziyarətgahında təmir işləri davam etdirilir.

Rəsmi məlumatda bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən 7 məscid və ziyarətgah – Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza məscidləri inşa və ya əsaslı təmir olunub.

Son illərdə Azərbaycan Respublikası hakimiyyətindən müstəqil fəaliyyət göstərən bir neçə məscid isə bağlanıb və mənəvi aşınmaya etiraz edən 200 nəfərdən çox dindar və ruhani isə həbsdədir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu