AzərbaycanXƏBƏRLƏR
Azərbaycanda 15 min nəfərin zindanda qalacağı dəqiqləşdi
Azərbaycan respublikasında 16-17 minə yaxın adam həbsxanalardadır.
APA-nın məlumatına görə, Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Cəzaçəkmə müəssisələrində 16-17 minə yaxın məhkum var. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qeydiyyat İdarəsinin rəisi Rafiq Ramazanov bildirib.
R. Ramazanov məhkumların sayının mütəmadi olaraq dəyişdiyini qeyd edib: “Milli Məclisin “Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” 7 may 2013-cü il tarixli qərarının nəticəsində məhkumlardan azadlığa buraxılan olacaq. Nəticədə müəssisələrdə saxlanılan məhkumların sayı 15 minə qədər azalacaq”.