Misir prezidentinin beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Əlbəradeyi öz vəzifəsindən istefa verib.
Otuz iyunda Misir ordusunun müdaxiləsi ilə Məhəmməd Morsinin öz vəzifəsindən kənarlaşdırılmasının ardınca Morsinin tərəfdarları və Müsəlman Qardaşları qrupu Misirin təhlükəsizlik qüvvələrinin bu hərəkətinə etiraz olaraq, habelə xalq tərəfindən seçilmiş prezidentin qanuniliyini müdafiə etmək məqsədilə iki aya yaxın bir müddət idi ki, Rabeətəl-Ədəviyyə və Əl-Nehzə meydanlarına oturaq aksiyası keçirirdilər.
Misirin Daxili İşlər Nazirliyi ötən neçə həftə içərisində dəfələrlə Morsinin himayəçilərinə xəbərdarlıq etmişdi ki, bu meydanları boşaltsınlar və öz etirazlarına son versinlər. Amma bu istək etirazçıların müqaviməti ilə üzləşdi.