AsyaDünyaİranXƏBƏRLƏR

Vəlayəti: İran var gücü ilə Suriyanı dəstəkləyir

İran Strateji Araşdırma Mərkəzi Başçısı, İran İslam Respublikasının var gücüylə Suriya xalqı və hökumətinin yanında terroristlərə qarşı dayandığını ifadə etdi.

İran Nizam Məsləhətini təyin Şurasının Strateji Araşdırma Mərkəzi Başçısı “Əli Əkbər Vəlayəti”, bu gün Tehranda Suriyalı partiya və tayfa liderləri ilə bir araya gəldiyi görüşdə, İranın Suriya xalqı və hökumətinə dəstəyinin eynilə davam edəcəyini qeyd etdi.

Ölkələrinin ərazi bütövlüyü, izzət və müstəqilliyini qorumaq üçün göstərdiyi müqavimətdən ötəri Suriya xalqını təqdir edən Vəlayəti, Suriya xalqının düşmənlərini, öz müqəddəratını təyin etmə haqqını tanımağa məcbur etdiyini və Şam rəhbərliyinin hökumətini qəbul etmək məcburiyyətində qaldıqlarını ifadə etdi.

İslam İnqilabı Rəhbəri Beynəlxalq müşaviri həmçinin, Suriya xalqını müvəffəqiyyətli şəkildə parlament seçkilərini təşkil etdiyi üçün təbrik etdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu