
Əli Əhmədov Minsk Qrupunu qınadı
Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Minsk Qrupunu Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi istiqamətində lazımi tədbirlər görməməkdə ittiham edib.
Səhər kanalı internet portalının məlumatına görə, Əli Əhmədov deyib: Praktiki olaraq, Azərbaycan ictimaiyyətində Minsk Qrupunun fəaliyyətinə qarşı ciddi narazılıq mövcuddur. çünki, indiyə kimi bu qrup münaqişənin həlli istiqamətində heç bir nəticə əldə edə bilməyib.
YAP-ın sədr müavini əlavə edib: Minsk Qrupunun fəaliyyətindən 20 ilin keçməsinə baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərinin azadlığı istiqamətində hansısa ciddi iş görülməyib.
Minsk Qrupu 1992-ci ildən ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyət göstərir.
