Mərziyyə Əfxəm: Azərbaycan mədəni köklərinə uyğun addım atsın
İran Xarici İşlər Nazirliyinin sözçüsü ilk mətbuat konfrasında Nizami Gəncəvinin məqbərəsindəki kitabələrin sökülməsini mədəniyyətə zidd bir addım hesab edərək, mədəni köklərə uyğun bir addımın atılmasını vurğuladı.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm həftəlik mətbuat brifinqində Səhər kanalının müxbirinin sualınıa cavabda Azərbaycan Respublikasında Nizami Gəncəvinin məqbərəsindəki fars dilində olan şer kaşılarının sökülməsinə reaksiya olaraq deyib: “Azərbaycanın bu addımı mədəniyyətə zidd bir addımdır. Bütün ölkələr və xalqlar öz mədəniyyətlərini dünyaya tanıtdırmaq üçün onu müxtəlif dillərə tərcümə edirlər. Amma, təhrif və mədəni köklərə zərər və ziyanın vurulması ilə yanaşı olduqda bu iş mədəniyyətə xidmət yerinə ona zərbə vurmuş olur. Ümidvarıq Azərbaycan Respublikası vaxtında bu yanlış yoldan geri dönərək, öz mədəni köklərinə uyğun bir addım atmış olsun.”