Əli Həsənov seçki qalmaqallarını təbii saydı
Azərbaycan Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov president seçkisində namizədlərin birbirinə qarşı təxribat törətmələrinə münasibət bildirib!
Əli Həsənov deyib : “Son vaxtlar ayrı-ayrı namizədlərin plakatlarını cırıb, onların təbliğat materiallarına qarşı bu və ya digər hərəkət eləmək istəyən insanlara rast gəlinir. Əlbəttə ki, belə şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir. Bunun nə müxalifətlə, nə seçki prosesi ilə, nə də bütövlükdə ayrı-ayrı namizədlərin fəaliyyəti ilə bağlılığı var!”
Ə. Həsənov teledebatlarda prezidentliyə namizədlər arasında baş verən qalmaqallara da toxunub. O bildirib ki, belə hallar seçki prosesi zamanı dünyanın digər ölkələrində də müşahidə olunur! : “Arzu edilən olmasa da, belə halların müşahidə olunması da təbiidir.”