DünyaXƏBƏRLƏR

Əli İnsanov İlham Əliyevə: “Xalqın xidmətçisi xalqın sərvətlərini talamaz”

Bu gün Bakı Apelyasiya Məhkəməsində (BAM) hakim Qədim Babayevin sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə proses davam etdirilib.

Əli İnsanovun ilk tənqid dolu çıxışı məhkəmə zalına gətirilərkən olub. O, yenə də dövlət başçısı İlham Əliyevin ünvanına sərt mesajlar ünvanlayıb: «Sən mənim xalqımın xidmətçisi ola bilməzsən. Xalqın xidmətçisi xalqın sərvətlərini talamaz. Xalqın xidmətçisi gəncləri türmələrdə çürütməz. Xalqın xidmətçisi gəncləri intihara vadar etməz. Xalqın xidmətçisi ziyalıları məhv etməz. Sən bir özünə bax. Sən bir güzgüyə bax. Sən mənim xalqımın dostu yox, düşmənisən».
Məhkəmə fevralın 21-nə qədər təxirə salınıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu