Suriyada daha bir neçə vəhhabi terrorçu azərbaycanlının öldürülməsi barədə məlumatlar yayılıb.
Suriyada hökumət qüvvələri tərəfindən öldürülən vəhhabi azərbaycanlıların böyük əksəriyyəti Sumqayıt sakinidir.
Onlar Hanzala Sumqayıtlı, Abdul Vahid Sumqayıtlı, Abdulmalik Sumqayıtlı, Əbu David Sumqayıtlı və Abdu Razzak kimi təqdim ediliblər.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vəhhabi vətəndaşı bu ölkəyə gedərək terrorçu qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox vəhhabi azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu sosial şəbəkələrdə yayılıb.