İraq ordusunun bu ölkənin Əl-Ənbar vilayətində yerləşən Fəlucə şəhərinin iki məntəqəsində terrorçuların toplaşdıqları məkanlara hava hücumunda İraq və Şam İslam dövləti Daeş adlı terrorçu qruplaşmanın təqribən 160 üzvü , o cümlədən terrorçuların 4 yüksək rütbəli başçısı öldürülüb.
Suriya televiziyasının verdiyi məlumata görə, başqa 40 terrorçu da Suriya sərhədi yaxınlığında İraqın silahlı qüvvələri ilə toqquşma zamanı öldürüldü , onlarla başqa terrorçu isə həbs edildi.
İraqın təhlükəsizlik qüvvələrinin bu ölkənin qərbində yerləşən Əl-Ənbar vilayətində terrorçulara qarşı əməliyyatı 2013-cü il dekabrın 21-dən başlayıb və iraqlı qüvvələri bu vilayətdə bir qədər dincliyi bərqərar edə biliblər.