AsyaAvropaDünyaİranXƏBƏRLƏR

Suriyada etirazçıların milli şurası Cenevrə-2 konfransında iştirak etməyəcək

Suriya müxaliflərinin milli şurası adlı qrupun sədri Corc Səbra Suriya böhranı haqda keçiriləcək Cenevrə-2 konfransında iştirak etməyəcəyini bildirdi.

Sky News xəbər portalının verdiyi məlumata görə, Suriya müxalifləri milli şurası katibliyinin üzvləri İstanbul şəhərində iki günlük iclas keçirdikdən sonra , bu şuranın quruluşunun dəyişdirilməsi və Cenevrə-2 konfransında iştirak haqda mövqelərini araşdırdıqdan sonra Cenevrə-2 konfransında iştirak etməmək haqda qərar çıxardılar.

Suriya böhranının həll edilməsi məqsədilə keçiriləcək Cenevrə-2 konfransı dünyanın təqribən 30 ölkəsindən olan xarici işlər nazirləri səviyyəsində yanvarın 22-də İsveçrənin Montre şəhərində keçiriləcək.

Suriya dövləti və müxaliflərinin müzakirələri də yanvarın 24-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu