AsyaAzərbaycanXƏBƏRLƏR
Silahlı Qüvvələrdə əsgər itkisi davam edir
Atəşkəs dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrində əsgər itkisi davam edir.
Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu intihar edib.
Hərbi hissənin əsgəri, Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılan 18 yaşlı Rahim Nail oğlu İsmayılov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsindən faktı təsdiqləyiblər.
