AsyaDünyaİranXƏBƏRLƏR

İranın hava qüvvələrinin istedadı olan insan

Səddamın Bəs rejimi ilə müharibədə Xeybər əməliyyatında kimyəvi bombardman mühasirəsi zamanı öz əleyhqazını ekskavator sürücüsü olan qoca kişiyə təqdim edən şəxsi bütün döyüşçü yoldaşları xatırlayırlar.

Şəhadətinə qədər o bu hərəkəti nəticəsində iyləmək hissini itirmiş və ömrünün sonuna qədər bu məsələni gizlədirdi.

15 dey (5 yanvar) şəhid Səttarinin şəhid olmasının ildönümü günüdür. Mənsur Səttari 1949-cu ildə Vəraminin Vəliabad kəndində dünyaya göz açıb. Atası mərhum Hacı Həsən şair və fazil idi. Onun “Aşiqlərin matəm məkanı” adlı divanı yadigar qalmışdır.

Mənsur Səttari attestatını aldıqdan sonra 1967-ci ildə Zabitlik İnstitutuna daxil oldu və institutu bitirdikdən sonra leytenant rütbəsini aldı. 1971-ci ildə radara nəzarət elmi kursunda iştirak etmək üçün ABŞ-a ezam oldu və 1 illik kurs keçdikdən sonra 1972-ci ildə İrana döndü və hava qüvvələrinin nəzarət zabiti olaraq fəaliyyətə başladı.

Şəhid Səttari 1975-ci ildə sınaq imtahanlarında iştirak edərək elektrik və elektronika mühəndisliyi fakültəsinə qəbul oldu. Dərslərinin bir çoxunu bitirən Səttari İslam İnqilabının qələbəsi və elan olunmamış müharibənin başlanması ilə dərsi kənara qoydu və digər vətəndaşlarla çiyin-çiyinə İran İslam İnqilabının nailiyyətlərini qorumağa başladı.

Səttari mömin və bacarıqlı zabit idi. Radar sistemlərinin təchiz olunması və müdafiə sahəsində bir çox layihələri icra etdi. Səddam rejimi ilə müharibə dövründə təcavüzkar düşmən təyyarələrinin vurulmasında İranın hava qüvvələrinin qüdrətini ikiqat artırdı.

General Səttari müharibə layihələrinin icrasında həddindən artıq fəaliyyətlərinə görə 1983-cü ildə hava qüvvələrinin müdafiə komandanının əməliyyat üzrə müavini vəzifəsinə təyin olundu. Şəhid Səttarinin təqdim etdiyi layihə və proqramlar məntiqli, praktiki və təsirli idi. Buna görə, 1985-ci ildə hava qüvvələrinin layihə və tənzimləmə məsələləri üzrə müavini vəzifəsinə təyin olundu. Göstərdiyi şücaət və layiqliliyə görə 1986-cı ildə polkovnik rütbəsi ilə İran İslam Respublikası ordusu hava qüvvələrinin komandanlığı vəzifəsinə təyin olundu və bu vəzifəsini şəhid olduğu zamana qədər layiqincə yerinə yetirdi.

Bu şəhidin əsaslı və önəmli addımlarından ixtisarla bir neçə halı qeyd etmək olar:
– Pilotluq İnstitutunun təsis olunması hər iranlı vətənsevər və hava qüvvələri kadrlarının qədim arzusu idi. 1988-ci il sentyabr ayında pilotluq tələbələrinin 1-ci qrupu Pilotluq İnstitutuna daxil oldu.
– 8 təhsil şöbəsi və təlim proqramları ilə Aeronavtika İnstitutu Ali Təhsil və Mədəniyyət Nazirliyinin qərarı ilə təsdiq olundu.
– Hava qüvvələrinin Patologiya və Təhqiqat Mərkəzinin İstifadəyə verilməsi və Tibbi Yardım İşçiləri İnstitutunun təsis olunması.
– Xidmət zamanı iş təlimi və orta səviyyəli kadrların təliminə diqqətin yetirilməsi.
– -Hava Təlimləri Mərkəzində Texniki-Peşə Kollecinin yaradılması və orta məktəb şagirdləri kimi təhsil və ölkənin rəsmi attestatını ala bilmək üçün maksimum on altı yaşla İİR Ordusunun HQ(hava qoşunları)-yə işə götürülmüş şəxslər üçün təlim-tərbiyə proqramlarının icrası.
– – Ölkənin hava hücumundan müdafiə sistemini gücləndirmək məqsədi ilə nəzarət şəbəkəsinin yaradılması- görüntülü nəzarət şəbəkəsnin yaradılması-dərələr, keçidlər, yüksəkliklər və sairənin üstündə hava maneələrinin yaradılması.
– -Əslində ölkənin hava hücumundan müdafiə sistemi üçün gələcəyi görən bir memar olan şəhid Səttari təmir və saxlamaq üzrə yeni imkan və təsisatların işə salınması, “Ouc” layihəsi kimi layihələrin icrası, eləcə də Tədqiqat və Təlim Mərkəzinin işə salınması ilə qoşunların saxlanılması qüdrətini gücləndirib, bir neçə qat artırdı.
– – Bu məsələ sənaye dayaqları təqribən zəif olan bir ölkə üçün heyranedici bir işdir. İİR OHQ-nin mühəndisləri və mütəxəssislərinin köməyi ilə “Pərəstu” təyyarəsinin düzəldilməsi ilə pilot-kursantların ilkin uçuş təlimi mərhələsi üçün modern sənaye və texniki müəssisələrin yaradılması. Bu təyyarə əməliyyat imkanları baxımından təqribən ABŞ istehsalı olan “Bunaneza” təyyarəsinə bənzəyir.
– – General-Leytenant şəhid Mənsur Səttarinin 1987-ci ildən İraqın İrana qarşı müharibəsinin başa çatmasınadək olan ən mühüm fəaliyyətlərindən biri, İran tankerlərinin ticarət donanmasının skort edilib, Fars Körfəzi və Oman dənizindən keçərək, oradan çıxması olub. Skort əməliyyatının həyata keçirilməsi müharibə əməliyyatının həcmi, üstəlik, İİR OHQ-nin gündəlik və adi əməliyyatlarının olduğu bir şəraitdə əzəmətli bir iş idi.
– -İmam Xomeyni liman şəhərinin Neft-Kimya Kompleksinin saxlanılması, Kənqan qaz yatağının qorunması və onun kimi hallar həmişə xatirələrdə yaşayacaq bu böyük şəxsiyyətin komandanlığı və müdiriyyəti altında hava qoşunlarının hava hücumundan müdafiə işçiləri və pilotlarının canfəşanlıqlarını xatırladır.
– -“Şəms” avtomobilinin konstruksiyası və düzəldilməsi, İİR Ordusunun Aviasiya Təşkilatının hava reyslərinin yaradılması, mühəndislik və təsisat işləri istiqamətində dövlət layihələrində iştirak, ölkənin neft və neft-kimya sənayelərinin ehtiyaclarını aradan qaldırıb, dəstəkləyən Semnan duz mədəni kimi mədənlərdən məhsulun əldə olunması və məhsuldarlığın artırılması, metallurgiya sənayesi(tökmə-yonma və sair)nin məhsuldarlığının artması və dövlət, hərbi və xüsusi ehtiyacların aradan qaldırılması məqsədi ilə sifarişlərin alınması.
– – Şəhid Səttari müharibədən sonrakı şəraitlə qarşılaşma və valyutanın məhdudlaşdırılmasının təsirlərini azaltmaq üçün ən məntiqi yolu seçdi və o da hava qüvvələrinin daha artıq iqtisadi müstəqilliyə çatması idi. Beləliklə, hava qoşunlarının valyutalarının çıxarılmasının qarşısının alınmasından əlavə, istehsal və xidmət qüdrətini də artırdı və bu kimi fəaliyyətlərdən əldə olunan gəlirləri daim dəqiq nəzarət altında aldı və quruculuq proqramlarının icrası üçün bir dayaq kimi istifadə olundu.
– Şəhid Səttari hava qoşunlarının əziz personalı və komandanlarının köməyi ilə uzunmüddətli layihələr işləyib hazırladı ki, onlar bir-birinin ardınca reallaşır. Bu layihələrdən biri, onun şəhadətindən sonra “Azərəxş” hərbi təyyarəsi idi ki, İnqilab Rəhbərinin iştirakı ilə 1997-ci ilə havaya qalxdı.
– General-leytenant şəhid Mənsur Səttari hava qoşunlarının fədakar personalının himayəsi ilə əlindən gələni ürəkdən İran xalqına təqdim etdi və bu gün çoxlu sayda şəhidlərin sırasına qoşulub ki, daim onların ayrılığının həsrətində yanırdı. Onun qəhrəmanlıq ruhu onun və silahdaşlarının daimi məkanı olmuş mavi səmadan göylərə qovuşdu ki, öz imam və komandanı olan İmam Xomeyni(r.ə)-ın kənarında uyusun.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu