Suriya ordusu qüvvələri keçirdikləri əməliyyatdə onlarla terroçunu öldürüblər.
Suriya ordusu qüvvələri Dəməşq ətrafında yerləşən Bəhariyyə məntəqəsində bir əməliyyatda terrorçulara ağır zərbələr endirib və onlarla terrorçunu öldürüblər.
Həmçinin Suriya ordusu qüvvələri Midə və Bəhariyyə əkin sahələrində öz irəliləyişlərini davam etdirirlər və terrorçulara hücum edərək onları geri çəkilməyə məcbur ediblər.
Bu əməliyyat coğrafi irəliləmə və daha artıq əkin sahələrinə nəzarət istiqmətindədir ki, terrorçuların bütün tədarük yolları bağlansın.
Suriya hərbi mənbəyi isə Dəməşqin ətrafında yerləşən Darya məntəqəsinin terrorçulardan tamamilə təmizlənməkdə olduğunu bildirərək qeyd edib ki, Suriya ordusunun əməliyyat qüvvələrinin Daryanın cənub-qərbində əl-Mozmiyyə məntəqəsində keçirdikləri əməliyyat Darya əməliyyatının uğurlu olmasına çoxlu kömək edib.
Bu məlumata əsasən Suriya ordusunun Daryadakı əməliyyatının ilk saatlarında 150-dən çox terrorçu öldürülüb.