AsyaDünyaSuriyaXƏBƏRLƏR

Suriyada onlarla terrorçu öldürülüb

Suriya ordusu bu ölkə torpağını terrorçulardan təmizləmə əməliyyatı çərçivəsində 90 terrorçu ünsürü öldürüb.

Suriya ordusu qüvvələri keçirdikləri əməliyyat nəticəsində paytaxt Dəməşq yaxınlığında Zəbadani şəhərciyində 50 terrorçunu, Cənubi Dəra vilayətində isə 40 terrorçunu öldürüblər.

Suriya ordusu Homs vilayətində də Livan sərhədi vasitəsi ilə bu vilayətə nüfuz etmək istəyən terrorçuların cəhdini zərərsizləşdirib.

Livanın əl-Məyadin televiziyası da Suriyada son iki gün ərzində 250 terrorçunun öldürüldüyünü bildirib.

Suriya 2011-ci il mart ayından indiyə qədər bəzi ərəb, qərb tərəfləri və sionist rejimə bağlı dünyanın müxtəlif ölkələrinin vətəndaşı olan terrorçuların fəaliyyətlərinə görə de-stabil vəziyyətdədir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu