Suriya ordusu qüvvələrinin bu ölkənin müxtəlif məntəqələrini terrorçulardan təmizləməsi əməliyyatları və bu əməliyyatlar zamanı silahlı terrorçu qruplaşmalar qarşısındakı zəfərləri davam edir.
Suriya ordusunun qüvvələri bir əməliyyatda terrorçu qruplaşmaların Şərqi Ğutə və Dəməşqin ətrafında yerləşən terrorçuların toplaşma mərkəzilərini məhv edərək, bir çox terrorçunu öldürüblər.
Suriyanın Dövlət Ordusu qüvvələrinin ardıcıl zəfərlərinin ardınca Suriyanın Azad Ordusu adlı terrorçu qruplaşma döyüşçü çatışmazlığına görə gəncləri bu ölkənin dövlət ordusu ilə döyüşməyə məcbur edir.
Suriyanın Dövlət Ordusunun qüvvələri həmçinin Homs vilayətinin Cəbb-əl-Cərrah məntəqəsində yerləşən Sultaniyyə , Qərbi-Salam və Şərqi-Salam kəndlərində stabillik və təhlükəsizliyi bərqərar ediblər. Həmçinin Suriyanın Dövlət Ordusu Qüvvələrinin Hələbin şimalına, Dəra şəhərinin cənubuna və Homsun mərkəzindəki əməliyyatlarında bir çox terrorçu öldürülüb.
Suriya Ordusunun bu ölkənin qərbində yerləşən Laziqiyyə şəhərinin ətrafında Əl-Nosrə Cəbhəsi adlı terrorçu qruplaşma üzvlərinin toplaşdığı məkana hücumu zamanı 50-dən çox terrorçu öldürülüb.
Suriyalı qüvvələr həmçinin Ədləb şəhərinin şimal-qərbində terrorçuların ağır silahlar və başqa silah-sursatlarını məhv etməkdən əlavə, onlardan bir qrupunu öldürüblər