Kimyəvi Silahları Qadağan Edən Təşkilat Suriyada kimyəvi silahların hansı şəkildə istifadə edilməsinin araşdırılmasının başlanmasından xəbər verib.
Haaqada yerləşən Kimyəvi Silahların Genişləndirilməsini Qadağan edən Təşkilat bu gün şənbə günü (21 sentyabr) bildirib: Amerika və Rusiya arasında Suriyanın kimyəvi silahlarının beynəlxalq nəzarət altında saxlanılması üzrə razılıqları istiqamətində Suriyada qeyd edilən silahlardan istifadənin araşdırılmasına start verilib.
Kimyəvi Silahları Qadağan edən Təşkilat tərəfindən yayımlanan bəyanatda bu təşkilatın texniki katibliyi Suriya dövləti tərəfindən təqdim edilən məlumatları araşdırmağa başlayıb.
Bu təşkilat eyni halda bildiribdir ki, Suriyadakı kimyəvi silahlar haqdakı məlumatlar ümumi şəkildə yayımlanmayacaqdır.
Amerika və Rusiya sentyabrın 14-də 2014-cü ilə qədər Suriyanın kimyəvi silahlarının məhv edilməsi haqda razılıq əldə etdilər.
