Hollandiya ölkəsi Haaqada keçirilən nüvə təhlükəsizliyi iclasının sonunda, iştirakçılar bütün dünyada nüvə təhlükəsizliyinin gücləndirilməsinə təkid ediblər.
İclasın yekun bəyanatına əsasən dünya səviyyəsində nüvə terrorizmi il mübarizə uğrunda bir sistem yaradılmalıdır və beynəlxalq atom enerjisi agentliyi də bu sahədə əsas rola malik ola bilər.
Haaqa sammitinin son bəyanatında dünya ölkələrindən tələb edilib ki güclü nüvə təhlükəsizliyi mədəniyyəti yaradaraq təsirli şəkildə nüvə terrorizmi və cinayətkarcasına hədələrlə mübarizə aparsınlar.
İclasın keçirilməsində məqsəd nüvə terrorizminin qarşısını almaq və başqa sözlə terrorçuların atom bombası istehsal etmək uğrunda nüvə materiallarını əldə etmələrinə mane olmaq olmuşdur.