İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi Agentliyin İran ilə bağlı son hesabatını müsbət dəyərləndirib .
IRIB -nin məlumatına görə , Rza Nəcəfi MAQATE -nin İranın nüvə fəaliyyəti ilə bağlı son hesabatına işarə edərək , deyib: Agentlik öz hesabatında 20 May 2014 -cü il tarixində baş tutan iclasda əldə olunmuş 5 praktiki addımın icrası ilə bağlı razılaşmanı irəliyə doğru addım hesab edib .
Nəcəfi , MAQATE -nin öz hesabatında İranın elan olunmuş nüvə təsisatlarının heç birində uranı 5% -dən artıq zənginləşdirmədiyini və 20 % zənginləşdirilmiş uranın yarısının geri çevrilmə əməliyyatının icrasına təkid etməsini bu hesabatın müsbət cəhətlərindən adlandırıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun İranın nüvə işi ilə bağlı 14 səhifəlik hesabatı dünən , cümə günü günortadan sonra mütaliə edilsin deyə agentliyə üzv ölkələrin ixtiyarına verilib.