İranın Vyanada nüvə müzakirələrində iştirak edən nümayəndə heyətinə yaxın bir mənbə deyib: İran İslam Respublikası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu gün müzakirələrin ikinci turunda öncəki müzakirə formatını əvəz edəcək yeni anlaşmaya nail olublar.
Bu mənbə çərşənbə axşamı İRNA müxbiri ilə müsahibədə deyib: Bu iki günlük iclasın ən mühüm nailiyyəti öncəki formatın və 10 dövr müzakirələri əvəz edə biləcək yeni anlaşma formatı olub.
Bu mənbə əlavə edib: İran və MAQATE arasındakı müzakirələrin növbəti mərhələsi qarşıdan gələn günlər ərzində Tehranda keçiriləcək.
Tərəflər elə bir şəraitdə bu yeni razılığa gəliblər ki, Tehran texniki və hüquqi müzakirələrin yeni mərhələsinə yeni baxış ilə daxil olub.
İran və MAQATE arasındakı texniki və hüquqi müzakirələrdə iranlı heyətə İranın agentlikdəki daimi nümayəndəsi və səfiri Rza Nəcəfi, MAQATE-nin nümayəndə heyətinə isə agentliyin nüvə fəaliyyətlərinə nəzarət üzrə sədr müavini Tero Varyoranta başçılıq edib.