Asiya

Pakistanlı analitik Nəcm Əli: Hörmüz boğazı həll olunmayınca neft bazarı sabitləşməyəcək

Pakistanlı analitik Nəcm Əli: Hörmüz boğazı həll olunmayınca neft bazarı sabitləşməyəcək

Pakistanlı analitik Nəcm Əli bildirib ki, Hörmüz boğazı məsələsi həll olunmayana qədər neft bazarı qeyri-sabit olaraq qalacaq.

O qeyd edib ki, “nə müharibə, nə sülh” dalanı, xüsusilə strateji neft ehtiyatları azalmağa davam edərsə, neftin qiymətini tədricən artıracaq. Nəcm Əlinin sözlərinə görə, bu qeyri-müəyyən vəziyyət nə qədər uzun sürərsə, neft qiymətlərində kəskin sıçrayış riski də bir o qədər artacaq.