Dünya

Yəmən Silahlı Qüvvələri Ər-Riyadda Səudiyyə rejiminin maliyyə mərkəzini ballistik raketlə vurdu

Yəmən Silahlı Qüvvələri Ər-Riyadda Səudiyyə rejiminin maliyyə mərkəzini ballistik raketlə vurdu

Yəmən Silahlı Qüvvələri yenidən Səudiyyə rejiminin Riyadın şimalında yerləşən maliyyə mərkəzini hədəf alıb. Bu dəfə hansı binanın hədəfə alındığı məlum deyil. Lakin həmin ərazidə Səudiyyə rejiminin birjası və rejimin ən mühüm maliyyə mərkəzləri yerləşir. Əvvəlki hücum zamanı əraziyə bir PUA ilə zərbə endirilmişdi. Yəmən Silahlı Qüvvələrinin sözçüsünün bildirdiyinə görə, bu dəfə isə bir ballistik raket Səudiyyə rejiminin birjasını vurub.

Həmçinin Riyad Beynəlxalq Hava Limanına ballistik raketlə hücum edilib. Yəmən Silahlı Qüvvələri gündəlik olaraq Riyadı 3-4 dəfə hədəf alır. Yəmən mənbələrinin vurğuladığına görə, hava limanı ilə yanaşı, Səudiyyə rejiminin təhlükəsizlik və hərbi mərkəzləri də gündəlik hədəflər sırasındadır.