Dünya

Yəmən Silahlı Qüvvələri Səudiyyə rejiminin nəqliyyat təyyarəsini Əş-Şərurə bazasında məhv etdi

Yəmən Silahlı Qüvvələri Səudiyyə rejiminin nəqliyyat təyyarəsini Əş-Şərurə bazasında məhv etdi

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Səudiyyə rejiminə məxsus nəqliyyat təyyarəsinin Əş-Şərurə bazasında məhv edildiyini açıqladı. O bildirdi ki, təyyarə PUA vasitəsilə uğurla hədəfə alınıb və məhv edilib.

Əş-Şərurə bazası işğal altındakı Nəcran vilayətinin ən şərq nöqtəsində yerləşən helikopter bazasıdır və Əl-Səud quru qoşunlarına tabedir. Yəmənə qarşı müharibənin əməliyyat otağı da bu bazada yerləşir.