Dünya

Yəhya Səri: Məkkə üzərində PUA iddiası Səudiyyənin yeni böhtanı və mənəvi tənəzzülüdür

Yəhya Səri: Məkkə üzərində PUA iddiası Səudiyyənin yeni böhtanı və mənəvi tənəzzülüdür

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Məkkəyi-Mükərrəmənin səmasında PUA-nın ələ keçirilməsi barədə Səudiyyə iddiasına münasibət bildirib. O, bu iddianı “dünyada artıq heç kəsin inanmadığı yeni böhtan və davamlı mənəvi tənəzzül” adlandırıb.

Yəhya Səri vurğulayıb ki, Səna əməliyyatları yalnız neft obyektlərinə və hərbi bazalara qarşı həyata keçirilir. O, Yəmənin İslam müqəddəslərinə Kəbənin örtüyünü Epsteyinə hədiyyə edən Ali-Səud rejimindən daha çox qayğı göstərdiyini qeyd edib.