İranın MAQATE-dəki nümayəndəsi və səfiri Yaxın Şərq məntəqəsinin nüvə silahlarından təmizlənməsi üzrə beynəlxalq səylərin genişlənməsi üzərində təkid edib.
İranın MAQATE-dəki nümayəndəsi Nyu-Yorkda keçirilən ünvə silahları müqaviləsi NPT-yə yenidən baxılması üzrə konfransda deyib: Nüvə silahlarından təmizlənmiş Yaxın Şərq məntəqəsi planı 1974-cü il İran tərəfindən təqdim edilib və BA-nın tərk-silah üzrə keçirdiyi ilk iclasında isə bu layihənin reallaşmasının vacib olduğu üzərində təkid edib.
Nəcəfi deyib: BMT-yə üzv bütün ölkələrin əksəriyyət səsi ilə Baş Assambleya (BA)-da nüvə tərk silahı üzrə illik qətnamənin qəbul edilməsi, nüvə silahından təmizlənmiş məntəqəinin yaradılmasında təsirli dəstəklərin və beynəlxalq tələbatın göstəricisidir.
İranın MAQATE-dəki nümayəndəsi NPT-yə yenidən baxma üzrə konfransın nüvə silahından təmizlənmiş məntəqənin bərpa edilməsi üzrə konfransın keçirilməsinə toxunaraq deyib: Bu konfrans yalnız Sionist İsrail rejiminin konfransa qatılmaması üçün təxirə salınıb və onun keçirilməsi üzrə səylər güclənməlidir.
Nüvə silahlarının yayılmasına qadağa qoyan müqavilə NPT-yə yenidən baxılması üzrə konfransın ilkin komitənin üçüncü iclası NPT-yə üzv olan 190 ölkə rəsmilərinin iştirakı ilə ilk həftə müddətində 28 aprel-dən 9 mayadək ABŞ-ın Nyu-York şəhərində keçirilir.
NPT müqaviləsinə yenidən baxılması üzrə konfransın keçirilməsi qarşıdakı ildə araşdırılması və konfransa təqdimi olunan tövsiyylərin araşdırılması üzrə qərar qəbul edilib.