İordaniyadakı sələfi qruplar Suriyada təqribən on min ərəb terrorçunun öldürülməsindən xəbər veriblər.
İordaniyadakı sələfi qruplar bir bəyanat yayaraq, bildiriblər ki, 2011-ci ildə Suriyada başlanan gərginliklərdə indiyə kimi doqquz min doqquz yüz otuz altı nəfər həlak olub. Bu terrorçular müxtəlif ərəb ölkələrindən Suriyaya gəliblər.
Bu bəyanatda həmçinin deyilir: Ölən terrorçular əsasən Tunis, Liviya və İraqdan gəlmiş terrorçulardırlar. Həmçinin, ölən terrorçular əsasən Ənnüsrə Cəbhəsi və İraq və Şam İslam Dövləti adlı terror dəstəsinin üzvləridirlər.
İordaniyadakı sələfilər əsasən Ənnüsrə Cəhbəsi və İraq və Şam İslam Dövləti adlı terrorçu qrupların müttəfiqləridirlər.