İraq, Əfqanıstan və Yəməndə müsəlmanların evlilik mərasimlərini və bu mərasimlərin 2001-ci ildən bəri ABŞ-ın hava hücumları nəticəsində yas mərasiminə çevrilməsi faktını araşdırıb.
ABŞ-ın bu kimi mərasimlərə olan hücumları ilə bağlı bəzi statistik göstəricilər belədir:
29 dekabr 2002-ci il tarixində Əfqanıstanın Pəktiya vilayətində bir toy mərasiminin B-52 və B1B tipli təyyarələr ilə hədəfə alınması nəticəsində 100 nəfər həyatını itirib.
Həmçinin, ABŞ helikopterlərinin 17 may 2002-ci ildə Əfqanıstanın Xost vilayətində oxşar hücumu zamanı 10 nəfər ölüb.
ABŞ ordusunun B-52 və AC-130 tipli təyyarələrinin 1 iyul 2002-ci ildə Əfqanıstanın Uruzqan vilayətində bir toy mərasimini hədəfə almaları təqribən 30-40 nəfərin ölməsi ilə nəticələnib.
İraqın Qaim məntəqəsində də bir toy mərasiminin 20 may 2004-cü ildə ABŞ təyyarələri tərəfindən hədəfə alınması nəticəsində 42 nəfər o cümlədən bəy və çalğıçı dəstəsi həlak olmuşdu.
6 iyul 2008-ci il tarixində Əfqanıstanın Nəngərhar vilayətində toy mərasimi zamanı gəlin maşınının raket hücumuna məruz qalması isə 47 nəfərin o cümlədən 39 qadın və uşağın habelə, gəlinin ölməsi ilə nəticələnmişdi.
2008-ci ildə Əfqanıstanın Loğman vilayətində ABŞ təyyarələrinin bir toy mərasimini bombardman etməsi 16 nəfərin həyatına son qoymuşdu.
Həmçinin, ABŞ təyyarələrinin 8 iyun 2012-ci il tarixində Əfqanıstanın Lugar vilayətində bir toy mərasimini bombardman etməsi yarıdan çoxu uşaq olan 18 nəfərin ölməsinə səbəb olmuşdu.
ABŞ ordusunun pilotsuz təyyarələrinin 12 dekabr 2013-cü il tarixində Yəmənin əl-Bəyza vilayətində bir toy mərasimini hədəfə alması 15 nəfərin ölməsi ilə nəticələnmişdi.