Əliyev: Azərbaycanda yoxsulluğun səviyyəsi xeyli azalıb
Aprelin 8-i Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) işə başlayıb. Prezident İlham Əliyev forumun açılışında iştirak edib.
Dövlət başçısı çıxışında Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayıb: “Son on il ərzində bizim əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsi olub. Bu müddətdə iqtisadiyyatımız üç dəfə artıb. Ölkəmizin enerji zənginliyini insan kapitalına yatırırıq ki, bu sahədə əsas məsələ təhsildir”.
Prezident İlham Əliyev bildirib ki, indiyədək Dünya İqtisadi Forumunda 7 dəfə iştirak edib.
AzərTAc-ın məlumatına görə, dövlət başçısı deyib ki, hazırda Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün 7 nəql marşrutu mövcuddur. Prezident İlham Əliyev bu amilin Azərbaycanın inkişafına böyük təsir göstərdiyini vurğulayıb.
İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində çox uğurlu əməkdaşlıq edir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında gələcəkdə daha da sıx inteqrasiya qurmağın əhəmiyyətindən danışan dövlət başçısı Bakı Forumunun bu sahədə mühüm nəticələr əldə etməyə imkan verəcəyinə ümidvar olduğunu bildirib.
Mövzu ilə bağlı müzakirələr zamanı sualları cavablandıran İlham Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələsinin prioritet olduğunu deyib, qeyri-enerji sektorunda həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Dövlət başçısı ölkədə əlverişli investisiya mühitinin olduğunu, son illərdə Azərbaycanda yoxsulluğun və işsizliyin səviyyəsinin xeyli azaldığını, 8-9 ildə ölkədə ümumi daxili məhsulun həcmini iki dəfə artırmağın nəzər