Qətər paytaxtı Dohada keçirilən Ərəb Liqasının iclasında bu birlik öz üzvlərinə Suriyada xaricdən dəstəklənən yaraqlılar üçün silahların göndərilməsi barəsində yaşıl işıq göstərib.
Ərəb Liqası bu barədə bəyanat verərək öz üzvlərinə icazə verib ki, özünümüdafiə yolları adlandırılan və silah-sursata da şamil olan vasitələri suriyalı yaraqlılara versinlər.
Qətər paytaxtında keçirilən bu iclasda həmçinin Suriyanın yeri xaricdən himayə olunan suriyalı müxaliflərə verilib.
Suriya mediaları müxaliflər tərəfindən Dəməşqin Ərəb Liqasındakı yerinin qəsb olunmasını tənqid edib və onu bir etik cinayət adlandırıblar.
Teşrin qəzeti bu barədə məlumat verərək yazıb: “Ar olsun sizə ey ərəb qardaşları!” Bu məlumatda Ərəb Liqası üzvlərinin bu hərəkəti Qətər və digər müttəfiqləri tərəfindən atılan xaincəsinə oğurluq adlandırılıb.
Suriyanın dövlət qəzeti hesab olunan əl-Surə qəzeti də yazıb: Ərəb Liqası Suriyanın oğurlanmış yerini oğru və qarətçilərə tapşırıb.
Bu qəzet davamında bildirir: Onlar unudublar ki, qüdrəti qumluqlara hökumət edən cahil əmirlər deyil, xalq verir.
Suriya dövlət televiziyası da bu məsələyə reaksiya verərək bildirib: Qətər bu birliyin təsisçi üzvlərindən birinin yerini pulun və Fars körfəzi neftinin qulu olan koalisiyaya verməklə Ərəb Liqasının qanunlarından yayınsın və ABŞ-ın göstərişlərinə baş əysin.
Suriya dövləti bildirib ki, bu ölkədəki qarşıdurmalar kənardan planlaşdırılır və əldə olunan məlumatlar yaraqlılarının əksəriyyətinin xarici vətəndaş olduğunu sübut edir.