Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bu ölkədəki edama məhkumlara təklif edib ki, Bəşşar Əsəd qüvvələri ilə döyüşən silahlı qruplaşmalara qoşulmaq üçün Suriyaya ezam olunmaq qarşısında əfv hökmündən yararlansınlar.
Ərəbistanın Daxili İşlər Nazirliyindən çölə sızan və onlarla xəbər portalının yaydığı sənədlərə əsasən, Səudiyyə Ərəbistanı rəsmiləri bu ölkədə edama məhkumlara təklif ediblər ki, Suriyada silahlı qruplaşmaların mövqeyinin möhkəmlənməsi istiqamətində bu ölkəyə ezam olunarlarsa, əfv olunurlar və onların ailələrinə nağd pul da mükafat olaraq verilir.
Bu sənəd Ərəbistanın Daxili İşlər Nazirliyinin ofisindən verilən rəsmi və gizli bir yazıdır. Onun kənarında yazılıb ki, “Ərəbistan kralı ofisinin 112 saylı teleqrafı. Bu yazıda qətl, təcavüz və narkotik maddələr qaçaqçılığı ilə bağlı edama məhkumların etnik mənsubiyyəti də qeyd olunub.