Ərəbistanın İslah Müxalifət Hərəkatının sözçüsü bu ölkə həbsxanalarında minlərlə siyasi məhbusun ağır vəziyyətdə olduğunu bildirib.
Press TV-nin məlumatına görə, Səəd əl-Fəqih deyib: Təxminən 25-30 min siyasi fəal Ərəbistan məhbəsində ağır vəziyyətdədir.
Səəd Fəqih Ali-Səud rejiminin 2014-cü ilin əvvəlindən repressiya siyasətlərini artırdığına toxunaraq bildirib: Bu repressiyalar internetdə yayımlanan videoya reaksiya istiqamətindədir. Belə ki, həmin videoda siyasi fəallar hakim Ali-Səud ailəsinin korrupsiyası və bu ölkədə ədalətsizliyi genişləndirilməsini tənqid edirlər.
Ərəbistanda hökumət əleyhinə etirazlar 2011-ci ildən və bu ölkə təhlükəsizlik qüvvələrinin ölkənin şərqində Qətifdə 5 nəfərin ölümü ilə nəticələnən etirazçılara atəş açması ilə kəskinləşdi.
Beynəlxalq Amnistiya Təşkilatının insan haqları qrupu 2013-cü il oktyabr ayıda Ərəbistan rəsmilərini bu ölkədə insan haqlarının acınacaqlı vəziyyətini araşdırmadığına görə tənqid edib.
Ərəbistanlı etirazçıların əsas tələbi minlərlə siyasi məhbusun azad olunmasıdır. Belə ki, bu siyasi məhbusların əksəriyyəti ittihamı müəyyənləşmədən və mühakimə olunmadan həbs həyatı yaşayır.
Ərəbistan hökuməti hətta BMT-nin işgəncənin araşdırılması üzrə heyətinin bu ölkə həbsxanalarına baş çəkməsinin qarşısını alır.
