Bir Fələstin qəzeti yazıb: Səudiyyə Ərəbistanı və sionist rejimin Livanda stabilliyi məhv etmək üçün göstərdikləri səylərini məqsədi sionist rejimin Livan Hizbullahına hücumuna zəmin yaratmaq üçündür.
Fələstinin əl-Minar qəzeti yazıb: Livandakı son terror aktları, o cümlədən ordu əsgərlərinə, onların mövqelərinə hücum, bu ölkədə müqavimətə təcavüz üçün səy və bomba quraşdırılmış avtomobillərin axışması müqavimətə zərbə vurmaq istiqamətindədir.
Fələstinin əl-Minar qəzeti əlavə edib: Livanda fitnə yaratmaq Səudiyyə Ərəbistanının siyasi məqsədlərindən biridir ki, İsrailin məqsədi ilə eyniliyi vardır. Çünki Suriyada Ərəbistanın himayə etdiyi terrorizm Suriya ordusunun ağır hücumlarına məruz qalıb.
Qəzet əlavə edib: Qərb və İsraildə çoxlu sayda hesabat dərc olunub. Bu hesabatlara əsasən sionist rejimlə Ərəbistan arasındakı münasibətlər dərindir və hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq bu münasibətlərin bir hissəsidir.
Əl-Minar qəzeti Ərəbistanla İsrailin müştərək məqsədləri izlədiyini bəyan edərək yazıb: Livandakı son terror aktlarında da Ərəbistanla İsrailin əməkdaşlığının izini müşahidə olunur.
