Səudiyyə Ərəbistanında əl-Hərəmeyn gənclərinin koordinasiya heyəti siyasi məhbusların azadlığını himayə etməyi elan etmək üçün aclıq aksiyasına çağırış edib.
Səudiyyə Ərəbistanında əl-Hərəmeyn gəncləri koordinasiya heyəti aclıq aksiyasına dəvət edərək bu addımı siyasi məhbusların himayə olunması istiqamətində addım və onların azadlığı üçün vacib adlandırıb və bildirib: Aclıq aksiyası dinc mübarizə üçün vasitə və Ərəbistanda vəhşicəsinə həbslərə qarşı olmağı elan etməkdir.
Ərəbistanda insan haqlarını müdafiə təşkilatları, o cümlədən Həsəm cəmiyyəti yalnız öz düşüncəsini ifadə etdiyinə görə Ərəbistan həbsxanalarında məhbusluq həyatı yaşayan şəxslərin sayının 30 mindən çox olduğunu bildiriblər.
Ərəbistan, xüsusilə də bu ölkənin şərqi 2 il öncədən indiyə qədər dinc xalq etirazlarının şahididir. Xalq siyasi məhbusların azadlığını, ictimai ədalətin bərqərar olunmasını, Ali-Səud ailəsi arasındakı korrupsiya ilə mübarizənin aparılmasını, ayrı-seçkiliyin aradan qaldırılmasını və siyasi islahatları tələb edir. Bu dinc aksiyalar Ali-Səud rejiminin təhlükəsizlik qüvvələrinin repressiyası ilə üzləşir.